Əlaqə Arxiv
news Image
2013.10.30
15:12
| A A A
"Bismillah" dediyi üçün avtobusa buraxılmadı

Movqe.Az xəbər verir ki, ABŞ-da 10 yaşında bir uşaq bəsmələ çəkdi deyə avtobusa minməsinə icazə verməyən və "terrorist" deyə qışqıran sürücüyə , uşağın ailəsi məhkəmə işi açıb.

Bruklin Federal Məhkəməsində görülən iddiaya mövzu olan hadisə əslində 2012-ci lilin oktyabrında yaşanıb. Buna görə 10 yaşındakı uşaq, məktəbdən çıxıb evə getmək üçün avtobusa minmək istədiyi vaxt avtobus kartını tapa bilmədi və tələsik halda bəsmələ çəkdi. Uşağın Ərəbcə nəsə söylədiyini eşidən avtobus şoferi isə əsəbiləşib uşağa "terrorist" deyə qışqırdı və avtobusun qapılarını bağladı. Ailənin vəkili Hyder Naqvinin verdiyi məlumata görə avtobus şirkəti MTA-dan səlahiyyətlilər daha sonra uşağın ailəsiylə ünsiyyətə keçərək şoferin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün ailəyə fotoşəkillər göstərib. Lakin sözügüdən şoferin kim olduğunu söyləməyən ailə, iddia açmağa qərar verib. Vəkil Naqvi , şahidi olduğu uşaq üçün " O, 10 yaşında uşaqdır, amma ayrı-seçkiliyin nə demək olduğunu anlayacaq yaşdadır " deyə bildirib. Hadisədən çox təsirlənən uşaq, bir müddət kütləvi nəqliyyat vasitələrinə minmək belə istəməyib. 

Sizin Reklam Yeriniz