Əlaqə Arxiv
news Image
2013.10.30
15:32
| A A A
Evi rekord qiymətə satıldı

Movqe.Az xəbər verir ki, məşhur rok qrupu "The Beatles" üzvü John Lennonun doğulduğu və uşaqlıq illərini keçirdiyi İngiltərənin Liverpul şəhərindəki ev hərracda 480 min sterlinqə satılıb. "9 Newcastle Road" ünvanındakı evin ABŞ-lı bir Beatles pərəstişkarı tərəfindən satın alındığı, lakin əsl dəyərinin təxminən 150 min sterlinq olduğu deyilib.

John Lennonun 9 oktyabr 1940-cı ildə dünyaya gəldiyi və ilk gənclik illərinə qədər anası Julia ilə birlikdə yaşadığı bir mərtəbəli kərpic ev Beatles qrupunun məşhur mahnısına adını verən Penny Lane küçəsinə də yaxındır. Lennonun evinin keçmiş sahibi Alyaska Liverpul Echo qəzetinə etdiyi şərhdə " Lennonun evindən ayrılmaq məni çox kədərləndirir. Ancaq artıq təqaüdçü oldum , daha geniş bir bağçası olan özümə uyğun bir evə köçmək istəyirəm, Burada yaşayarkən evi dəyişdirməməyə , Lennonun xatirəsini qorumağa diqqət göstərdim " deyib.



Sizin Reklam Yeriniz