Əlaqə Arxiv
news Image
2013.10.31
16:49
| A A A
Lenovodan daha bir yenilik!

Movqe.Az xəbər verir ki, daha əvvəl "Jobs" adlı filmdə Apple-ın qurucusu Steve Jobsun həyatını canlandıran aktyor Ashton Kutcher bu dəfə də Çinli kompüter nəhəngi Lenovonun təqdimatında iştirak edib. Lenovo Yoga adlı tabletin təqdimatını edən Kutcher ilə əlaqədar başqa sürpriz isə aktyorun Lenovoda məhsul mühəndisi olaraq çalışacağam deməsi olub . Kutcherin şirkət daxilindəki digər mühəndislər ilə birlikdə Yoganın dizaynı , xüsusiyyətləri, software, istifadə ssenarilərinin inkişafı və marketinqi üzərində çalışacağı deyilib. 

Daha əvvəl IBM şirkətinin komputer hissəsini satın alan Lenovanın 18 saat batareya ömürü vəd edən yeni tableti Yoga, fərqli daşınma dizaynı xüsusiyyətiylə də diqqət çəkir. 8 və 10 düym olmaqla iki fərqli ekran ölçüsüylə gələcək Yoga Tablet, Android 4.2.2 ( Jelly Bean) əməliyyat sistemi ilə işləyəcək. 1280 x 800 piksel ekran həllolma dəqiqliyi təqdim edən tablet 4 nüvəli prosessor, 5 megapiksel arxa , 1.6 megapiksel ön kamera və 16 GB daxili saxlama tutumu var. Cihazda micro SD kart dəstəyi də var.


Sizin Reklam Yeriniz