Əlaqə Arxiv
news Image
2013.11.01
15:49
| A A A
Müqəddəs kəlləylə yardım topladılar

Movqe.Az xəbər verir ki, İqtisadi böhrandakı Kipr Rum rəhbərliyi, süqut mərhələsinə gələn "Əziz Andreas" monastırının bərpasına yardım yığmaq üçün Hz. İsanın həvarisinin Yunanıstanda saxlanan "kəlləsini"gətirərək sərgiyə qoyub. KKTC-nin Karpaz yarımadasının sonalrında yerləşən Andreasın adını daşıyan monastır, baxımsızlıqdan yıxılma mərhələsinə gəlmişdi. KKTC, qardaş Türkiyənin qatqılarıyla monastırı bərpa etmək istəmiş , Rum Baş yepiskopu Hrisostomos isə " Türklər bərpa edəcəyinə yıxılsın " demişdi. Bu vəziyyət KKTC və Rum rəhbərliyi arasında böhrana səbəb olmuşdu. Ötən gün monastırın bərpası üçün lazımlı 2.5 milyon avronun toplana bilməsi üçün Yunanıstanda bir kilsədə saxlanan kəllə Cənubi Kiprə gətirilib. Rum lider Anastasiadis və Baş yepiskop Hrisostomosun da qatıldığı izdihamlı bir mərasimdə kəllə Nikosiya Rum bölgəsindəki Aya Sofiya Kilsəsində ziyarətə açılıb.

Sizin Reklam Yeriniz