Əlaqə Arxiv
news Image
2013.11.01
16:29
| A A A
Windows XP-ə böyük zərbə

Movqe.Az xəbər verir ki, Microsoftun 12 ildən çox bir müddətdir tərk edilməyən əməliyyat sistemi Windows XP daha bir zərbə alıb. Proqram nəhəngi "Windows XP"ni müdafiəsiz qoymağa hazırlaşır . Microsoftun Windows XP istifadə edən nisbətini sürətlə salmaq və istifadəçilərini Windows 8-ə keçirmək üçün böyük səy göstərdiyi bilinir. Bu mənada Windows XP-ə olan dəstəyini 8 Apreldən etibarən çəkməyə hazırlaşan şirkət, artıq XP istifadəçilərinə bu tarixdən sonra dəstək olmayacaq. İlk mərhələdə isə Microsoft , pulsuz təhlükəsizlik proqramı Security Essentials dəstəyini XP istifadəçilərindən çəkməyə hazırlaşır . Şirkət hələ dəqiq vaxt verməsə də , mütəxəssislərə görə 8 Apreldən etibarən XP istifadəçiləri artıq Security Essentials tətbiqini yeniləməyəcək. Bu da kompüterlərini bu tətbiqlə qoruyan istifadəçilərin viruslara qarşı açıq bir hədəf olacağı mənasını verir. İstifadəçilər bu vəziyyətdə ya yeni bir antivirüs proqramı yükləməli, ya da Windows XP-ni buraxıb yeni bir Windows versiyası əldə etməli olacaq. 

Sizin Reklam Yeriniz