Əlaqə Arxiv
news Image
2013.11.01
17:32
| A A A
Facebook siçan kursorunuzu izləyəcək

Movqe.Az xəbər verir ki, reklam gəlirlərini artırmaq üçün yeni yollar axtaran Facebook bu dəfə gözünü siçan kursorunuza tikib. İstifadəçilərin məlumatlarını mümükün qədər toplamağa çalışan və bunu reklam gəlirinə çevirmək istəyən 1.2 milyard abunəçiyə sahib Facebook indi də yeni bir metod üzərində işləyir. İstifadəçilərin siçan kursorunu təqib edən sistem üzərində fikrini cəmləyən Facebook, istifadəçilərin siçan kursorunu izləyərək səhifədə haralara yönəldiyini təsbit etməyə çalışacaq. Facebookdan Ken Rudin hər nə qədər bu sistemin gec məşhurlaşacağını dilə gətirsə də bir neçə ay ərzində tətbiqin test mərhələsinə gələcəyi düşünülür. Əlbəttə siçan kursorunu izləyən Facebook bu mövzuda tək deyil və ilk dəfə bir veb səhifəsində sınanan bir hadisə deyil. Bəzi saytlar istifadəçilərinin demoqrafik və verilənlər bazasını yaratmaq üçün bu üsula baş çəkə bilir. 

Sizin Reklam Yeriniz