Əlaqə Arxiv
news Image
2013.11.01
18:42
| A A A
Çilidə zəlzələ olub

Movqe.Az xəbər verir ki, ABŞ Geoloji Araşdırma Mərkəzi, mərkəzi əsası Coquimbo şəhərinin təxminən 54 kilometr cənub-qərbi olan zəlzələnin böyüklüyünün 6,6 olduğunu açıqlayıb. Şərhdə, 10 kilometr dərinlikdə meydana gələn zəlzələdə, mərkəzi əsası 400 kilometr uzaqlıqdakı paytaxt Santiagoda belə binaların yelləndiyi, xalqın küçələrə çıxdığı bildirilib. Çilili səlahiyyətlilər, zəlzələdə hər hansı bir ziyan meydana gəlmədiyini, Çili donanması da sunami ehtimalının olmadığını bildirib. Ölkədə 2010-ci ildə meydana gələn 8,8 böyüklüyündəki zəlzələ ilə sunami 500-dən çox insan ölmüş, 220 min ev ziyan görmüşdü. Çilidə 1960-cı ildə indiyə qədər yazılan ən şiddətli zəlzələ meydana gəlmişdi. 9,5 bal böyüklüyündəki bu zəlzələdə 5 mindən çox insan həlak olmuşdu. 

Sizin Reklam Yeriniz