Əlaqə Arxiv
news Image
2013.11.04
17:24
| A A A
İtini parçalayıb yedi və sağ qaldı...

Kanadada üç ay əvvəl vəhşi təbiətdə itən kanadalı Marco Lavoie möcüzə nəticəsində sağ qalıb. O, itini parçalayaraq yeyib.  Kanadanın Quebec əyalətində üç ay əvvəl itən bu kanadalının macərasını eşidənlər şok keçirib.  Mövqe.az-ın xarici mətbuata əsasən verdiyi məlumata görə, macərapərəst kanadalının, həyatda qala bilmək üçün təkcə itini yox, hətta ağac qabıqlarını da yediyi bildirirlib. 


Hiking idmançısı olan səyahətçi 44 yaşlı Marco Lavoienin xilasını Quebec əyalət polisi sosial şəbəkədə paylaşıb: "Tapdığımızda donmaq üzrə idi. 24 və ya maxsimum  48 saat daha yaşaya bilərdi"- dediyi Marco Lavoienin, yenidən yeməyi və içməyi öyrənməyə başlaması əsl möcüzə olub. Əslində 16 iyul tarixindən Quebecin sıx meşələrinin olduğu James körfəzi bölgəsində başladığı təbiət səyahətindən uzun müddət dönməyən Lavoie üçün axtarış çalışmalarına başlanılıb. Tapıldıqdan sonra isə, onu xəstəxanaya yatırıblar və hal-hazırda da səyahətçinin müalicəsi davam edir. 


Hadisə şahidlərinin polisə verdikləri məlumata görə, Lavoienin düşərgəsini ayılar basıb. Lavoi həmin düşərgədə, vəhşi təbiətdə iti ilə başbaşa qalıb. Bir müddət ağac qabıqları və tapdıqları ilə doyan Lavoienin, son olaraq itini daşla öldürüb yediyi məlum olub. Ac qalmamaq üçün itini yeyən səyahətçi həyatda qalmağı bacarıb.

Qeyd edək ki, həmin adı çəkilən bölgədə son 30 ildə  itən kimsənin geri dönə bilmədiyi də bildirilib. 


Sizin Reklam Yeriniz