Əlaqə Arxiv
news Image
2013.11.05
21:17
| A A A
Azərbaycanlı yazar “Sıfır Nöqtəsi” romanını Şimali Kiprin rəhbərinə təqdim etdi

Gənc yazıçı Əhməd Şahidov müəllifi olduğu "Sıfır Nöqtəsi" romanını Şimali Kiprin rəhbərinə təqdim edib. Yazarın Movqe.az-a verdiyi məlumata görə, noyabrın 5-də Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa şəhərində ŞKTC Prezidenti Derviş Eroğlu ilə görüşüb. Prezident Sarayında baş tutan rəsmi qəbul zamanı Azərbaycan-Şimali Kipr münasibətləri barədə danışan Əhməd Şahidov keçən ilin Dekabr ayında ŞKTC Prezidenti ilə görüşünü xatırladaraq həmin görüşdə Şimali Kiprlə bağlı əsər yazmaq barədə Derviş Eroğlunun tövsiyyəsinə ciddi yanaşdığını və "Sıfır Nöqtəsi" adlı roman qələmə aldığını bildirib. Yeni əsəri barədə Şimali Kipr rəhbərinə geniş məlumat verən Əhməd Şahidov romanda təkcə Şimali Kipr deyil, habelə Azərbaycan və Türkiyə də daxil olmaqla, bütün Türk dünyası barədə məqamların yer aldığını qeyd edib. "Sıfır Nöqtəsi" romanının əsas süjet xəttinin ikiyə bölünmüş Kipr adasının birləşməsi barədə olduğunu deyən Əhməd Şahidov yaranacaq vahid Kipr Respublikasında adanın Türk kəsiminin daha mühüm mövqeyə malik olacağı haqqında əsərdə danışıldığını diqqətə çatdırıb. "Sıfır Nöqtəsi" romanını sevinc hissi ilə qarşılayan ŞKTC Prezidenti Derviş Eroğlu bu əsərin iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsinə yardımçı olacağını söyləyib. Ciddi bir əsər ortaya qoyduğu üçün Əhməd Şahidova təşəkkürünü bildirən Şimali Kipr rəhbəri Derviş Eroğlu "Sıfır Nöqtəsi" romanını Şimali Kipr xalqına, adadakı Türklərə göstərilən yüksək hörmət və diqqətin göstəricisi kimi qəbul etdiyini vurğulayıb. Gənc yazıçı Əhməd Şahidovun bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirən ŞKTC Prezidenti Derviş Eroğlu Şimali Kipr üçün verdiyi bu töhfəyə görə Əhməd Şahidova dərin təşəkkürünü bildirib.


Sizin Reklam Yeriniz