Movqe.Az xəbər verir ki, Axtarış mühərrik nəhəngi Google Android 4.4 KitKat versiyası üçün yayımladığı səhifədə daha əvvəl heç bir bazarda olmayan bir Nexus modelinin görünməsi "Google yeni məhsulunun fotoşəkilini paylaşdı " şərhlərinə səbəb olub. Googlenin Apps & Entertainment səhifəsində diqqət çəkən fotoşəkildə 8 düymlük bir Nexus tableti diqqət çəkir. Hazırda satışda olan Nexus 7-ə nisbətən daha fərqli bir dizayna sahib olduğu diqqət çəkən cihazın Google-ın növbəti aylarda tanıtmağı planladığı Nexus 8 olma ehtimalı üzərində dayanılır. Nexus 7-ə görə daha incə bir dizayna sahib olduğu diqqət çəkən Google-ın yeni Nexusunun çərçivələrinin daha dar olduğu görülür, ekranın genişliyi isə Nexus 7-ə görə daha böyük olduğu görülür. Googledan mövzuyla əlaqədar hələlik şərh gəlməyib.