Əlaqə Arxiv
news Image
2013.11.06
16:00
| A A A
Artıq HTC telefonları daha ucuz qiymətə satılacaq?

Movqe.Az xəbər verir ki, mobil telefonu istehsalçısı HTC, içərisində olduğu maliyyə problemlərini aşmaq məqsədiylə daha ucuz qiymətə telefon satmağı planlaşdırır. Son yarımildə rəqəmlərini sosial şəbəkədə paylaşan Tayvan mərkəzli şirkət, gəlirlərin gözləniləndən 24 faiz nisbətində aşağı düşdüyünü, xərclərin 24 nisbətində azaldılması lazım olduğunu qeyd edib. HTC-nin edilən şərhdə daha ucuz telefonların satışına yönlənəcəyini, niyyətinin, əlbəttə , ən aşağı büdcəli telefon bazarına girmək olmadığını, yalnız orta səviyyə istifadəçilərinə xidmət edəcəyini deyib. Nokianın ardınca dünyanın ən böyük ikinci "Windows Phone" əməliyyat sistemli telefon satıcısı olan şirkətin işdən çıxarma mövzusunun isə gündəmdə olmadığı deyilib.

Sizin Reklam Yeriniz