Əlaqə Arxiv
news Image
2013.11.06
20:19
| A A A
İran prezidentinin mülayim mesajları davam edir

Movqe.Az xəbər verir ki, qərb ölkələriylə olan gərgin əlaqələri yumşaldacaq addımlar atan İranın yeni prezidenti Həsən Ruhanidən mülayim mesajlar gəlməyə davam edir. Ruhani bu dəfə , Katolik dünyasının dini lideri Papaya dialoq çağırışı edib. Terrorizmin ortaq düşmən olduğunu bildirən Ruhani , "Bu gün İslam və Xristianlıq arasında həmişəkindən daha çox dialoqa ehtiyac var " deyib. Nüvə fəaliyyətləri səbəbiylə Qərb ölkələriylə problem yaşayan İranın islahatçı prezidenti Ruhanidən gələn mülayim ismarıclara yenisi əlavə olunub. Həsən Ruhani , Vatikanın yeni səfirinin qəbulu səbəbindən Tvitter hesabından Katolik dünyasının dini lideri Papa Françisə dialoq çağırışı edib. Baş yepiskop Leo Boccardinin qəbulunda çəkilən bir fotoşəkili Tvitterda paylaşan Ruhani mesajında, "Bu gün İslam və Xristianlıq arasında həmişəkindən daha çox dialoqa ehtiyac var. Çünki əksər qarşıdurmanın təməlində cahillik və bilməməzlik var" deyib. İran və Vatikanın , radikallıq və terrorizm kimi ortaq düşmənləri olduğunu söyləyən Ruhani mesajını , " Papaya, xalqımın rifah və sağlamlığıyla əlaqədar xoş arzuları üçün təşəkkür edirəm . Şiddətə qarşı bir dünya üçün birlikdə işləmək ümidiylə " sözləri ilə bitirib.


Sizin Reklam Yeriniz