Əlaqə Arxiv
news Image
2013.11.07
13:38
| A A A
Ən məşhur Adobe şifrəsi "123456"

Movqe.Az xəbər verir ki, Adobe istifadəçilərinin arasında ən məşhur şifrənin "123456 " olduğu , şirkətə yönəlmiş hakker hücumuyla ortaya çıxıb. Əgər siz də şifrənizdə bu cür rəqəmlərə üstünlük vermisinizsə, dərhal dəyişdirməyinizdə fayda var.

Virtual hücumla sızdırılan məlumatlar 1,9 milyona yaxın insanın bu şifrəni istifadə etdiyini söyləyib.

İstifadəçilərin asan şifrə seçməsi virtual quldurların işini asanlaşdırır. Adobe sistemlərinə 4 oktyabr günü reallaşan hücumda təxminən 38 milyon aktiv istifadəçi məlumatı oğurlanmışdı. Aktiv olmayan və ya sona çatdırılmış hesablarla birlikdə , oğurlanan istifadəçi məlumatı sayı 150 milyonu keçirdi. Təhlükəsizlik mütəxəssisi Jereme Gosney , oğurlanan və internetdə yayılan bu məlumatları araşdıraraq , istifadəçilərin şifrə təyin edərkən davranışlarıyla əlaqədar məlumatlar alıb. Ən çox istifadə edilən şifrənin "123456 " olduğu və onu " 123456789 " şifrəsinin təqib etdiyi aydın olur.

Digər bəzi məşhur şifrələr isə " adobe123 " , İngiliscə şifrə mənasını verən " password" və Q klaviaturasının sol üstdəki 6 hərfi : " qwerty ".

Təhlükəsizlik mütəxəssisləri , bu cür asan müəyyən edilə bilən şifrə istifadəsinin yalnız bir sistemdəki hesabı təhlükəyə atmadığına diqqət çəkir. Çünki bir çox insan ; e- poçt, internet bankçılığı və sosial media hesablarında eyni şifrəni istifadə edir .Əvvəllər də media SIM kart və Yahoo hesabı şifrələrinin etibarlı olmadığı deyilmişdi. 

Sizin Reklam Yeriniz