Əlaqə Arxiv
news Image
2013.11.07
17:03
| A A A
Texniki səhv istehlakçının üzünü güldürdü

Movqe.Az xəbər verir ki, Amerikalı supermarket "Walmart"ın internet saytındakı texniki bir səhv səbəbiylə, dəyəri yüzlərlə dollar olan bir çox məhsul , bir müddətə 8.85 dollardan satışa təqdim edilib. Bu məhsullar arasında yüksək keyfiyyətli 24 düym monitorlar və 578 dollara satılan rəqəmsal proyektorlar da var. Qiymətlərdəki böyük endirimi görənlər bunu sosial media saytlarında paylaşıb və məhsullar saatlar ərzində tükənib. Valmart spikeri Ravi Jarivala , səhvin aradan qaldırıldığını və məhsulları alan müştərilərlə təmasa keçdiklərini açıqlayıb. Jarivala , sifarişlərin ləğv edildiyini və müştərilərə geri ödəmə ediləcəyini, 10' dollarlıq hədiyyə çekləri yollanacağını deyib. Valmart idarəçiləri , saytın çökdürürlməsi iddialarını yalanlayıb. Şirkətdən edilən şərh , saytda yalnız texniki bir problem yaşandığı söyləyib.

Ötən həftələrdə Valmartın Louisiana əyalətindəki mağazalarında da bənzər bir problem yaşanmışdı. Valmartın məlumat əməliyyat sistemindəki bir qəza səbəbiylə dar gəlirlilərə paylanan yemək kartlarının limiti silinmiş və müştərilər kart balansından daha çox qiymətə məhsullar satın alma imkanı tapmışdı.

Sizin Reklam Yeriniz