Movqe.Az xəbər verir ki, Vatikanda St.Peters Meydanında Papa Francisin nadir görülən " Recklingausen xəstəliyi" nə tutulan bir şəsxi qucaqlaması və dua etməsi dünyada bir ilk olub deyə bilərik. St.Peters Meydanında həftəlik çıxışı zamanı Papa Francisə, başında və gövdəsində çoxlu yara çıxan bir adam yaxınlaşıb. Nadir görülən " Recklingausen xəstəliyi" nə tutulan şəxsi, Papa Francis böyük bir sevgiylə qucaqlayıb və öpüb. Onun üçün dua etməsini istəyən xəstəni, Papa Francisin qucaqlaması və öpməsi Katolik dünyasında səs küy yaradıb. Katolik Xəbər Agentliyinin fotoşəkilləri paylaşmasından sonra sosial mediada da Papa Francisin şərəfinə təriflər deyilib. Recklinghausen xəstəliyinə tutulanlar , xarici görünüşləri səbəbiylə cəmiyyət tərəfindən qəbul olunmurlar. Xəstənin gövdəsində və başında davamlı yara çıxdığı üçün bədən deformasiya olur. Bu xəstəliyə tutulanlar şiddətli ağrılarla yanaşı, cəmiyyət tərəfindən qəbul edilmədikləri üçün əhəmiyyətli psixoloji problemlər də yaşayırlar. "Nörofibromatoz " yeni " Recklingausen xəstəliyi" dəri və sinir sistemində görülən toxuma pozuqluqları səbəbiylə meydana gəlir. Nadir görülən bu xəstəlik 50 min doğumda bir görülür.