AB Məhkəməsi eynicinslilərə sığınacaq verəcək
Movqe.Az xəbər verir ki, Lüksemburq mərkəzli Avropa Ədalət Məhkəməsi, bir ölkədə eynicinslilərin həbs edilməsinə səbəb olan qanunlar davamlı olaraq tətbiq edilirsə, bu kəslərin AB-nə sığınma haqqından yararlana biləcəyini bildirib. Cinsi yönümün, "insanın şəxsiyyətinin xarakterik təməl xüsusiyyəti" olduğunu ifadə edən məhkəmə, eynicinsli bir şəxsin həbs edilməmək üçün bu şəxsiyyəti gizləməyinin gözlənilməyəcəyini vurğulayıb. Hollandiyadan sığınacaq istəyən Sierra Leone, Uqanda və Seneqal vətəndaşı olan üç nəfərin şikayətiylə açılan iddiada verilən bu qərardan sonra hər AB ölkəsi, ərizəçinin, vətənində homoseksual əleyhdarı qanunlardan zərər çəkmiş olub-olmadığına görə sığınacaq verəcək.