Movqe.Az xəbər verir ki, Harvard Universitetindən elm adamları gənc orqanizmlərin sağalma sürətinin yaşlı orqanizmlərə görə daha sürətli olmasını təmin edən Lin28a adlı bir gen kəşf edib. Mütəxəssislər bir müddətdir , gənc heyvanların yaralarının nəyə görə yetkin heyvanlarla müqayisədə daha sürətli yaxşılaşdığını araşdırırdı. Buna görə xüsusilə doğulmamış uşaqlarda çox aktiv olan Lin28a adlı bir gen, yaş irəlilədikcə daha az aktiv olur. Cell adlı elm jurnalında da çıxan araşdırmanın nəticələrinə görə siçanlar üzərində edilən təcrübələrdə Lin28a-ın yaraları sürətlə yaxşılaşdırdığı və heyvanın kürəyindəki tüklərin olduğu sahədə tük uzanma sürətinin artırdığı görülüb. Həmçinin heyvanın şikəst qulağındakı toxumaların bərpa sürəti artıb. Sözügedən Lin28a geni , müxtəlif metabolik fermentlərin istehsalını artıraraq embrionlardan daha aktiv olan metabolik prosesləri inkişaf etdirən bir maddədir .
Harvard Tibb Fakültəsinin elm insanları, Lin28a geninin yetkin insanlarda oyandırılmasının , xüsusilə əməliyyatdan sonrakı yaraların təkmilləşdirilməsini sürətləndirə biləcəyini düşünür. Tədqiqatçılardan biri olan Corc Daley , "gənclik mənbəsi" deyilən bu genlə eyni təsiri yaradan bir dərman çıxarılacağını söyləyib.