Movqe.Az xəbər verir ki, müalicə məqsədiylə ABŞ-a gələn Fransız ailə, ölkələrinə geri qayıdarkən həddindən artıq kilolu olduğu səbəbiylə övladlarının təyyarəyə alınmaması ucbatından çətinlik yaşayıblar. 226 kq çəkisindəki Kevin Chenaisin, "Mayo Clinic"də 1,5 ildir hormon pozğunluğu müalicəsi gördüyünü söyləyən gözü yaşlı ana, İngilis hava yolu şirkətinin münasibətinə görə ölkələrinə qayıda bilmədiklərini söyləyib. Məsələnin həlli üçün hava limanına yaxın bir oteldə bir həftə qaldıqlarını söyləyən ana Chenais , pullarının tükənməsi ilə qatarla Nyu Yorka , oradan da gəmiylə ölkələrinə dönməyə qərar verdiklərini qeyd edib. 24 saat burnundan oksigen alması lazım olan Kevin Chenais isə, "Mənim kimi bir çox insan , eyni problemdən ötəri səyahət edə bilmir " deyə bildirib.