Movqe.Az xəbər verir ki, gözəllik kraliçaları yetişdirmək üçün xüsusi düşərgələrin olduğu, gənc qızların estetik əməliyyatlarla yarışlara hazırlaşdığı Venezuelada 7-ci dəfə Kainat Gözəli çıxıb. Rusiyanın paytaxtı Moskvada təşkil edilən 2013 Kainat Gözəllik Yarışını Venezuelalı 25 yaşındakı flamenko rəqqası Gabriela Isler qazanıb. 2013 Kainat Gözəli seçilən İsleri Venezuela Dövlət Başçısı Nicolas Maduro , Tvitter mesajıyla təbrik edərək bunun ölkəsi üçün bir "zəfər" olduğunu bildirib. İslerin tacını 2012-ci ilin Kainat Gözəli ABŞ-lı Olivia Culpo taxıb. Yarışda ikinci yerə İspan namizəd Patricia Yurena Rodriguez , üçüncü yerə Ekvador Constanza Baez layiq görülüb. Amerikalı rok ulduzu Steven Tyler, Rus supermodeli Ana Vyalitsyna , Amerikalı model və aktrisa Karol Alt kimi adların iştirak etdiyi münfisflər heyəti, İsleri 86 iştirakçı arasından seçib. Kainat Gözəlinin qiymətli daşlarla bəzənmiş bir milyon dollar dəyərindəki kostyumları Moskvada xüsusi təhlükəsizlik qrupları tərəfindən davamlı nəzarət altında tutulub. Nəticə açıqlandıqdan sonra gözyaşlarına hakim ola bilməyən Isler , "Hazırda bir TV kanalında spikerlik edirəm. İllərdir flamenko rəqsiylə məşğulam . Tacı taxaraq bir xəyalımı reallaşdırdım. Bir xəyalım yenə var. O da ana olmaq " deyib. 7-ci dəfə Kainat Gözəli çıxaran Venesuelanın gözəllik kraliçası yetişdirmə düşərgələri dünya mediasının böyük marağını çəkib.