Movqe.Az xəbər verir ki, Çin və Singapurlu araşdırmaçılar, "görünməz plaş" təsiri meydana gətirən bir alətlə balıq və pişiyi görünməz etməyi bacarıb. Çinin Zhejiang Universiteti və Singapurdakı Nanyang Texnologiya Universitetinin elm adamları, iki həftə əvvəl , məşhur elm jurnalı " Nature Communications " da yayımlanan araşdırmada , Yapon balığı və pişiyi , altıbucaqlı formasındakı alət içində görünməz etməyi bacarıb.
Şəffaf haldakı alətin arxa planındakı obyektlər görünməyə davam etsə də, alətin içinə fokuslanan obyektlərlə işığın əks olunmaları istifadə edilərək görünməz hala gətirilir. Zhejiang Universiteti araşdırmaçılarından Zheng Bin, görünməzliyin optik texnologiya ilə mümkün olduğunu ifadə edərək , "Bu alət , işığı büzərək yenidən, bizim saxlamaq istədiyimiz obyektə çatdırır , işığın saxlanılmasıyla obyekt görünməz olur" deyib. Zheng , bu texnologiyanın hələ ilkin mərhələdə olduğunu deyərək, yalnız çox dar bir işıq aralığında obyektlərin görünməz hala gətirilə biləcəyini söyləyib.