Movqe.Az CNN-n
istinadən bildirir ki, "Apple"ın bütün dünyada tanınan alma logosu
əvvəllər "Apple Notebook"larında tərs olaraq istifadə edilib.
Firmanın köhnə işçilərindən biri olan Coe Moreno bu mövzuya
aydınlıq gətirib.
Hal-hazırda isə "Apple"ın logosu açıq notebooka tərs baxıldığında
düz mövqedə görülür.
Bəs bu "tərs logo"nun hekayəsi nədir?
Morenonun izah etdiyinə görə, "Apple Design Group" bu mövzu
üzərində ciddi şəkildə müzakirə edib. İstifadəçi "Apple
Notebook"unu qarşısına qoyanda "Apple" logosunun düz görünməsini
istəsə,qapağı açıldığında logo tərs görünəcəkdi.
Əks halda isə "notebook" açılmadan əvvəl logo tərs görünəcək, ancaq
açıldığında logo düz görünəcəkdi.
Bu barədə son qərarı "Apple"ın keçmiş baş direktoru Stiv Cobs verib
və logonun "notebook" açıldığında tərs görünməsinə qərar verib.
Ancaq bir neçə il sonra bu fikirdən imtina edilib.