Movqe.Az BBC-yə istinadən xəbər verir ki, retinada ağ təbəqə) olan xüsusi hüceyrələrdə baş verən dəyişikliklərin Alzheimer xəstəliyinin (Alzheimer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən,dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza cıxır. Xəstəlik ilk dəfə 1907-ci ildə Alois Alzheimer tərəfindən xəstə Auguste D. adlı bir qadında müəyyən edilmişdir. Onu da qeyd edə bilərik ki, xəstəlik kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. Xəstəliyə tutulanların sayı günü – gündən belə demək mümkündüsə logorifmik olaraq artmaqdadır. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 85 yaşdan yuxarı insanların təxminən 50%-i bu xəstəlikdən əziyyət çəkir. Alzheimer xəstəliyinin risk faktorlarına misal olaraq yaş, cinsiyyət, ailə üzvlərində xəstəliyin olması, yaddaşın itirilməsi ilə nəticələnən kəllə - beyin travmaları, Down sindromu, hipotiroidizm və s. göstərmək olar. Neyropatologiya və patogenez. Alzheimer xəstəliyinin kliniki diaqnozunda olduğu kimi patoloji diaqnostikasında da dəqiq bir kriteriyaya əsaslanmaq mümkün deyildir) diaqnozunda və sağalmasında önəmli rol oynadığı aşkarlanıb. Alimlər genetikasıyla oynanmış siçanlar üzərində araşdırma aparıblar və müəyyən ediblər ki, retina beyində birbaşa geniş yayılmışdır, Alzheimer xəstələrində itmiş retinal nevronlar beynin itmiş hüceyrələriylə bağlıdır. Bu kəşf Birləşmiş Ştatlar Nevroelm konfransında nümayiş olunub. Alimlərin fikrincə, bu kəşf gələcəkdə optiklərə Alzheimer xəstələrini göz müayinəsindən sonra tanımağa imkan verəcək. Bu dəyişilk eyni hüceyrələrin "qlaukomanı" –korluğu aşkarlamağa kömək edəcək. Corctaun Tibb Universitetinin yaddaş pozuqluğu üzrə Həkimi Skot Turner :" Retina beyinin bir çıxıntısıdır, bu da Alzheimerlərin beyinlərindəki patoloji prosesləri gözlərdə də aşkarlamağa imkan verir" deyib.