Əlaqə Arxiv
news Image
2013.11.15
13:29
| A A A
Marsda bir okeanı dolduracaq qədər maye su olub?

Movqe.Az "foxnews"a istinadən bildirir ki, Milyarla il əvvəl Qırmızı Planet gənc olanda, qalın atmosfer qatına malik planetdə okeanı dolduracaq qədər  maye su vardı. Bu gün isə Mars boş səhralıqdan başqa br yer deyildir. NASA Marsın atmosfer qatını araşdırıb. Ən yeni Mars araşdırmaçıları, planetin atmosferini nəzərdən keçirmiş, vaxt keçdikcə su qatının necə yox olması, indiki və keçmişdəki halı arasındakı fərqliliyi izah ediblər.  Kosmos agentləri 4 milyar il keçdikdikdən sonra qalın mars atmosferinin necə boşaldığıyla bağlı fərqli fərziyyələr irəli sürüblər. Bu fərziiyyələrdən ən çox inanılanı NASA "Goddard Space Flight Center" əməkdaşı Cozef Qrebovskinin fərziyyəsidir : "Mars özünün ən əsas maqnetik ərazisini itirdikdən sonra belə olub. Bu ərazi günəş küləyinin təsirindən birbaşa eroziyaya məruz qalıb. Günəş küləyi enerjiylə yüklənmiş hissəciklərdən ibarət olan və ya hər saatda milyon mil sürətlə günəşdən əraziyə doğru hərəkət edən incə axımdan ibarət olub. NASA-ın MAVEN missiyası orbitdə işinə başlayacaq. Kosmos vasitəsi Qırmızı Planetə 2014-cü ilin sentyabrında çatacaq, ərazidən 3.728 mil hündürlükdə olacaq. 

Sizin Reklam Yeriniz