Candy Crush 500 milyonu geridə qoyub
Movqe.Az xəbər verir ki, mobil telefon və Facebook vasitəsilə endirilmə sayı 500 milyonu aşan Candy Crush, 2 milyard yükləməylə rekordu əlində saxlayan Angry Birds-ə az da olsa yaxınlaşmağı bacarıb. Mobil və sosial şəbəkənin ən son fenomeni Candy Crush Saga, 500 milyon skorunu geridə qoyub. Distimo araşdırma şirkətinin məlumatlarına görə, oyunun AppStore, Google Play və Facebookdakı ümumi yükləmələri yarım milyardı geridə qoyub. Oyunun təkmilləşdiricisi King, Candy Crushun ilk dəfə 2012-ci ilin aprelində Facebooka təqdim etmiş, 2012-ci ilin noyabrında isə mobil tətbiq hazırlanmışdı. Candy Crushun müvəffəqiyyəti, mobil və sosial şəbəkə oyunlarının nə qədər böyük bir bazara çevrildiyini də vurğulayıb.