Movqe.Az xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Suzan Rays , "İsrail və Fələstin arasında təzyiqin yüksəlməsinə səbəb olan İsrailin Qərbi Şəriyədəki yeni məskunlaşma yerlərinin inşasını qanuni saymırıq" deyib. "Middle East Institute"un 67-ci illik Konfransında danışan Rays, Orta şərqin kritik mövzularından olan İsrail - Fələstin probleminin həllinin , ABŞ-ın prioritetləri arasında olduğunu söyləyib. Rays, sülh danışıqlarının davam etdiyi mühitdə İsrailin inşa etmək istədiyi yeni məskunlaşma yerlərinin təzyiqi yüksəldən səbəblərdən biri olduğunu dilə gətirərək, bunları söyləyib:
"İsrail baş naziri Netanyahu və ( Fələstin Dövlət Başçısı ) Abbas əhəmiyyətli addımlar atılan, danışıqlar davam edən zamanda , sahədə təzyiqin yüksəldiyini görürük. Bunun səbəblərindən biri son günlərdəki yeni məskunlaşma yerlərinin tanıdılmamasındadır . ABŞ, İsrailin davam edən yeni yaşayış yeri fəaliyyətlərinin qanuniliyini qəbul etmir. "