Əlaqə Arxiv
news Image
2013.11.19
14:17
| A A A
Papanın öpdüyü xəstə danışdı

Movqe.Az xəbər verir ki, Papanın öpdüyü "Fil İnsan" yaşadığı o anları "Özümü cənnətdə hiss etdim " sözləriylə izah edib. Papa Françisin St. Peters Meydanında adi çıxışı əsnasında ona yaxınlaşan "Fil İnsan" adıyla səslənilən " Recklingausen " xəstəsini böyük sevgiylə qucaqlayıb öpməsi bütün dünyada əks səda yaradıb. Daily Maili-ə danışan 53 yaşındakı Vinicio Riva , həmin an özünü cənnətdə hiss etdiyini söyləyib. Riva sözlərinə belə davam edib:

"Əlləri yumuşaq və gülümsəməsi o qədər təmiz o qədər təsiredici idiki ... Amma məni ən təsirləndirən şey mənə sarılanda bir an belə tərəddüd etməməsi oldu. Xəstəliyim yoluxucu deyil, amma o bunu bilmir. Üzümə sığal çəkdi və o an hiss etdiyim şey yalnız sevgi idi ". Papa ilə görüşünün onun üçün yeni bir başlanğıc olduğunu söyləyən Riva , "Sonra xalama qayıtdım və dedim ki ; " İndi bütün dərdlərimdən xilas oldum '"

"Nörofibromatoz " yəni " Recklinghausen xəstəliyi" dəri və sinir toxumalarının pozulması səbəbiylə meydana gəlir. Nadir görülən bu xəstəlik 50 min doğumda bir görülür.

Sizin Reklam Yeriniz