Oxford ilin sözünü seçdi: "selfie"
Movqe.Az xəbər verir ki, İngiltərənin məşhur universitetlərindən Oxford, "şəxsin mobil telefonu ilə çəkdiyi öz fotoşəkli" mənasını verən "selfie" sözünü 2013-ci ilin sözü elan edib. Oxford Universiteti Nəşriyyatı, fotoşəkil paylaşma saytı Instagram və sosial paylaşma saytı Twitter üzvlərinin sayındakı artıma əsaslanaraq "selfie" sözünün istifadəsində böyük bir partlayış olduğunu açıqlayıb. Oxford Lüğətləri Direktoru Judy Pearsall, ilk dəfə 2002-ci ildə Avstraliyada təşkil edilən onlayn forum əsnasında istifadə edilən selfie
sözünün, iki il sonra fotoşəkil paylaşma saytı Flickr ilə yayılmağa başladığını söyləyib.