Əlaqə Arxiv
news Image
2013.11.19
14:48
| A A A
Galaxy Gear gözlənilən satışı reallaşdıra bilmədi

Movqe.Az xəbər verir ki, Cənubi Koreya mərkəzli texnologiya nəhəngi Samsungun yaxın zamanda istifadəçilərə təqdim etdiyi ağıllı qol saatı Galaxy Gear gözlənilən satışı reallaşdıra bilməyib. 4 Oktyabrda ABŞ-da satışa təqdim Galaxy Gear, o gündən bu yana yalnız 50 min ədəd sata bilib. İşin başqa dəhşətli nöqtəsi isə Galaxy Gear-ı  qoluna taxan istifadəçilərin 30 faizinin cihazdanm əmnun qalmayaraq geri qaytarmasıdır. Samsung üçün yeni bir sahə olan ağıllı qol saatı sektorunda Galaxy Gearın satış dəbi digər texnologiya nəhəngləri üçün də son dərəcə əhəmiyyət daşıyır, çünki Google başda olmaqla Apple kimi texnologiya şirkətlərinin də öz ağıllı qol saatlarını inkişaf etdirdiyi bilinir.

Sizin Reklam Yeriniz