Əlaqə Arxiv
news Image
2013.11.20
14:49
| A A A
Yeni virus yayılıb


Movqe.Az xəbər verir ki, Qatar Səhiyyə Nazirliyindən edilən şərhdə, bir neçə gün əvvəl ağır ənəffüs yolu çatışmazlığı sindromu (SARS) xəstəliyinin törəməsi olduğu müəyyən olunan "corona" virusuna tutulan 61 yaşındakı immiqrant işçinin həylak olduğu deyilib. Sağlamlıq heyəti, bir neçə ay əvvəl işləmək üçün Qatara gələn 61 yaşındakı şəxsin haralı olduğu və virusa necə tutulması mövzusunda şərh verməsə də, yenə virus müəyyən olunan 48 yaşındakı immiqrant işçinin yaxşılaşdığı və üç həftəlik müşahidədən sonra xəstəxanadan çıxarıldığı deyilib. Şərhdə, Qatarda son bir ildə 9 "corona" virusu hadisəsi təsbit edildiyi, hadisələrdən üçünün işləmək üçün ölkəyə gələn xaricilərdən, digər 6-ın isə Qatar vətəndaşlarından təyin olunduğu deyilib. Virusa tutulan 6 Qatar vatandaşından 3-ü həyatını itirmişdi. Hələ necə bulaşdığı mövzusunda qəti bir məlumat əldə edilə bilməyən virusun, dəvə və ya keçidən yayıldığı ehtimalı üzərində dayanılır. Xəstəliyin əlamətlərinin SARS virusunda olduğu kimi günlərlə davam edən hərarət və öskürək olduğu "corona" nın SARS-a görə 8 dəfə ölümcül olduğu deyilib.

Sizin Reklam Yeriniz