iPhone istifadəçiləri böyük təhlükədədir
Ötən il şəhərdə düz 16.000 Apple məhsulu ilə əlaqədar oğurluq edilib.
Movqe.Az xəbər verir ki, ABŞ-da oğruların böyük hissəsinin oğurladığı telefonların iPhone olduğu ortaya çıxıb. Əvvəllər də Apple məhsullarının və xüsusilə iPhonen-un ABŞ-ın Nyu York şəhərindəki cinayət nisbətlərini artırdığından bəhs edilmişdi. Bunun qarşısını almaq istəyən səlahiyyətlilər Nyu York Polis Şöbəsi ilə xüsusi əməkdaşlıq etmişdi. Lakin bu işlərin hamısı boşa getmiş kimi görünür. Çünki Nyu-Yorkda işlənən cinayətlərin 14 faizi "iPhone cinayəti" olaraq qeydlərə keçmiş vəziyyətdədir. New York Polis Departamentinin şərhinə görə ötən il şəhərdə düz 16.000 Apple məhsulu ilə əlaqədar oğurluq edilib.