Əlaqə Arxiv
news Image
2013.11.22
18:00
| A A A
"Subway Surfers" bu dəfə Londondadır

"Subway Surfers" yeniləndi. Bu dəfə hadisələr Londonda baş verir. Burada Ceki izləyən polis məmuru qırmızı rəngli Şaxta baba qiyafəsində görülür. Polis nəzarətçisinin itinin boynunda isə qırmızı rəngdə buyunbağı var. Bu dəfəki həftəlik ov isə yeni il ağacıdır. Dəmir yolu boyunca qarşımıza çıxan hədiyyələri, qar adamlarını, dəmir yollarındakı elektrik qatarları naqillərindən asılmış işıqları və ürək formasındakı bəzəkləri də unutmaq olmaz. Bir sözlə, bu dəfəki  "Metro sörfçüləri"ni rəngarən oyun gözləyir. 

Subway Surfers  Kiloo Games və Sybo Games tərəfindən yaradılmış Android vəISO əməliyyat sistemli mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulmuş, aksiyon-macəra janrlı oyundur. Sonradan oyunun müxtəlif bayram və şəhərlərlə bağlı digər versiyaları çıxmışdır.  Hadisələr bir metro deposunda baş verir. Öz dostları Triki (ing. Tricky) və Freş (ing. Fresh)ilə depoya vaqonların üzərinə şəkil çəkməyə gələn Cek (ing. Jake) dayanmış metro vaqonlarından birinin üzərinə şəkil çəkərkən metro nəzarətçisi tərəfindən aşkar edilir. Bundan sonra depoda nəzarətçidən qaçış başlayır. Nəzarətçi və iti Cekin arxasınca düşür.. Oyun biroyunçuludur. Və oyuna yeni başlayarkən Ceklə başlayır. Sonradan qızıllar və hədiyyələr hesabına digər oyunçuları da satın alıb seçmək mümkündür. Oyunda məqsəd maneələri dəf edərək nəzarətçidən qaçmaqdır. 2 mərtəbədə 3 qaçış zolağı mövcuddur. Qaça-qaça müxtəlif zolaqlarda olan qızılları yığmaq mümkündür. Bundan əlavə hərəkət edə-edə avtomatik xallar da qazanılır. Bundan başqa 3 ədəd olmaqla hər fəfə missiyalar verilir. Missiyalar yerinə yetirildikcə oyun üzrə xalların hesablanması sürətlənir.

Sizin Reklam Yeriniz