Oyunların sonudur?
id Software qurucularından Con Karmak studiyanı tərk edi
Movqe.Az xəbər verir ki, "id Software" qurucularından Con Karmak studiyanı tərk edib. id Software studiyasını qurucularından biri olan , Quake və Doom kimi əfsanə oyunları yaradan Con Karmak , virtual reallıq - Oculus Rift cihazını inkişaf etdirməyə yönəltmək üçün şirkəti rəsmi olaraq tərk edib. Studiya səlahiyyətlisinin sözlərinə görə , Karmakın gedişi id Software layihələrinə heç bir şəkildə təsir etməyib. Studiyanın müdiri Tim Willits "Bundan belə oyun inkişafı ilə maraqlanmayan Con Karmak diqqətini digər layihələrə yönəldib, istefa edib" deyib. Con Karmak öz Tvitter hesabından" id Software texniki məsləhətçi olaraq qalmaq istəyirdim, ancaq studiya mənim xidmətlərimi rədd etdi deyə bildirib.