Məlumata görə, ABŞ-da, insanın oksigen ehtiyacını qarşılayan mikro hissəcik inkişaf etdirilib. Qan axınına oksigeni inyeksiya edilməsini təmin edən bu mikro hissəcik Boston Uşaq Xəstəxanasında bu məqsədlə işlər görən bir araşdırma qrupu tərəfindən hazırlanıb.
Bunun sayəsində, insanların ağciyərlərindəki havadan istifadə etməklə, tənəffüs etmədən oksigen ehtiyacını qarşılamaq olur.
TechWench saytının xəbərinə görə, tənəffüs çatışmazlığından ölüm təhlükəsi yaşayan xəstələr 30 dəqiqə boyunca həyatda qala bilirlər.
Bu müddət, tənəffüs çatışmazlığı səbəbiylə baş verən infarkt və ya beyin zərərinin önünə keçilməsi üçün kafi qəbul edilir.
Qana oksigen inyeksiya edən mikro hissəcik, qırmızı qan hüceyrələrinə nisbətən üç-dörd qat daha çox oksigen daşıyır.
Oksigen, yağdan çıxarılan hüceyrə divarını təmsil edən parçacıqdan yığılır.
Hüceyrə divarının yağdan olması, keçmişdə dəyişik materiallardan edilən hissəciklərlə müqayisədə elastiklilk sayəsində kapilyar damarlarda tıxanmaya yol açmır.