Əlaqə Arxiv
news Image
2013.11.28
15:50
| A A A
Samsung və HTC-ni niyə əngəllədilər?
Futuremark , HTC və Samsungun sözügedən cihazlarında modifikasiyalar edərək testlərini aldatdığını düşünür.

Movqe.Az xəbər verir ki, Samsung və HTC-nin bəzi mobil telefonları, Androiddəki sürət testi tətbiqi 3DMark tərəfindən hiylə yolu ilə nəticələri dəyişdirməyə çalışdıqları səbəbiylə əngəlləniblər. İki mobil nəhəngi üçün utanc verici vəziyyət , 3DMarkın təkmilləşdiricisi Futuremarka görə firmaların sürət testi tətbiqlərilə fərqli rəftar etməsi ucbatından reallaşıb. 3DMarkın qaydalarına zidd olan bu vəziyyətin nəticəsində HTC ​​One , One Mini , Samsung Galaxy Note və Galaxy Note 3 , rəsmi performans sırasında aşağı yerlərə göndərilib. Futuremark , HTC və Samsungun sözügedən cihazlarında modifikasiyalar edərək testlərini aldatdığını düşünür. Tez-tez rast gəlinən tövsiyələr arasında GPU sürətini standart səviyyədən yuxarı çıxarmaq var. Anandtechin keçən ayın əvvəlində ortaya çıxardığı cədvəl , bir çox mobil telefonun sürət testlərində hiylə etdiyini göstərmişdi .

Sizin Reklam Yeriniz