AZXEBER.COM-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, məqsəd ev heyvanlarının onları diri-diri yeməsinə nail olmaq olub. Məlumatı "The Local" nəşri yayıb. Mafiya "babası"nın qohumu da donuzlara yem olub.
Mafiozo Françesko Rakkosta hələ 2012-ci ilin mart ayının 13-dən yoxa çıxıbmış. Onun başına gələn bu hadisəni isə təsadüfən telefonların dinlənilməsi zamanı aşkar etmək mümkün olub. Mafiozun faciəli ölümü barədə 24 yaşlı kriminal boss Simon Pepe "çərənçilik edib". O deyib ki, Françeskonu metal çubuqlarla döyüblər, sonra isə donuz damına atıblar.
"Onun necə çığırdığını eşitmək olduqca xoş idi. Aman Tanrım, elə qışqırırdı ki!" – kriminal boss öz havadarlarına lovğalıqla danışıb. Onun sözlərinə görə, Rakkostanı donuzlar tamamilə yeyib qurtarıblar.