Əlaqə Arxiv
news Image
2013.12.02
16:47
| A A A
Havayda eynicinsli evliliklərinə start verilib
Havay Universitetinin araşdırmasına görə, son 3 ildə eynicinli evliliyi həyata keçirmək istəyən turistlərdən Havaiyə 217 milyon dollar xeyir gəlib.

Havayda eynicinsli evlilik baş tutub. Bazar ertəsi, günortadan etibarən onlarla cütlük toyun baş tutmasını səbirsizliklə gözləyib. Movqe.Az "USA Today"a istinadən xəbər verir ki, Vakiki şirkəti qanunlara uyğun olaraq ailə qurmaq istəyən eyynicinslilər üçün qeydiyyat başladıb. Toylar dini qanunlara uyğun olaraq keşişlərin nəzarətində baş tutur. "Bu çox həyəcanverici və tarixi hadisədir. Biz bunun bir hissəsi olduğumuz üçün şadıq. Bir çox insan bizim sevincimizə şərik oldular". Bu sözləri Honoulo sakini eynicinsli Maria Qallo deyib. Havay toy qanunlarına görə cütlüklər əvvəlcə lisenziya üçün qeydiyyatdan keçməlidir və elə həmin gün toy hazırlıqlarına başlanılır. Cütlüklər onlayn olaraq lisenziya üçün baş vurur. Havay Universitetinin araşdırmasına görə, son 3 ildə eynicinli evliliyi həyata keçirmək istəyən turistlərdən Havaiyə 217 milyon dollar xeyir gəlib. 

Sizin Reklam Yeriniz