Əlaqə Arxiv
news Image
2013.12.02
16:37
| A A A
Xorvatlar eynicinsli evlililyə "yox" dedi

Xorvatlar, konstitusiyadakı evlilik qanunun adının"kişi və qadın arasındakı birlik" olaraq dəyişdirilməsi ilə bağlı  səs verərək , eynicinsli evliliyə "yox" deyiblər. Avropa Birliyinin yeni üzvü Xorvatiyada homoseksual evliliklərin qarşısını almaq məqsədiylə konstitusiyaya dəyişiklik edilməsi üçün həyata keçirilən referenduma qatılanların 65,76 faizi, "Evlilik anlayışının konstitusiyada kişi və qadın arasındakı birlik olaraq təyin olunmasına razısınızmı? "sualına " bəli" cavabını verib. Təxminən 3,78 milyon seçicinin olduğu Xorvatiyada referendumda iştirak etmə nisbəti 37,89 faiz olub. Movqe.Az xəbər verir ki, Mühafizəkar Katoliklər liderliyindəki homoseksual evlilik əleyhdarları , referendum keçirilməsi üçün 740 mindən çox imza toplayaraq , parlamentdən sandığa gedilməsi yönündə qərar çıxmasını təmin etmişdi.

Xorvatiya xalqı , ölkənin 1991-ci ildə müstəqilliyini elan etməsindən bu yana üçüncü dəfə referendum üçün seçki keçirib. Əvvəllər də ölkənin keçmiş Yuqoslaviyadan ayrılması və Avropa Birliyi ( AB) üzvlüyü mövzusunda Referendumlar təşkil edilmişdi.

Sizin Reklam Yeriniz