Əlaqə Arxiv
news Image
2013.12.02
19:24
| A A A
63 qadın səmada rekord vurdu - FOTO

ABŞ-ın Arizona ştatındakı Eloy şəhərinin yaxınlığındakı aerodromda yeni dünya rekordu vurulub. Beynəlxalq Aeronavtika Federasiyasının (Federation of Aeronautics International) təşkil etdiyi aksiya zamanı bir neçə təyyarə ilə səmaya qalxan paraşütçü xanımlar oradan atılıblar.

Rekord ilk cəhddən alınmayıb. Daha doğrusu, yalnız 12 cəhddən sonra xanımlar məqsədlərinə çatıblar.

170 km/saat sürətlə aşağı düşən 63 qadın paraşütçü səmada əl-ələ tutaraq nəhəng ulduz yaradıblar.


Ulduz az sonra dağılsa da, FAI rekordu qeydə alıb.


Əvvəlki rekord 2010-cu ildə vurulmuşdu: həmin gün 41 paraşütçü qadın səmada əl-ələ tutaraq ulduz yaratmışdılar.


Arizona ştatındakı Feniks şəhərindən 65 km cənub-şərqdəki Eloyda vurulan rekord 3 təyyarə ilə səmaya qalxan qadın paraşütçülərin əməyidir.

Onlar ABŞ, Britaniya, Kanada, Avstraliya, Meksika, Norveç, İsveç və Almaniyadan idilər.

(Milli.az)

 

Sizin Reklam Yeriniz