Əlaqə Arxiv
news Image
2013.12.03
17:42
| A A A
Piylənmə Alzheimer riskini 4 dəfə artırır

Beyin performasını gücləndirməyin təsirli yolları haqqında işlər görən psixiatriya professoru Gari Smol, piylənmənin Alzheimer riskini 4 dəfə artırdığını söyləyib. Gənclərdəki kilo artımını texnologiya istifadəsiylə paralel göstərən Gari Smol , piylənmənin ən çox zərər verdiyi orqanlardan birinin beyin olduğunu söyləyib. Son zamanlarda müzakirə edilən mövzulardan birinin də insanların video oyunları oynayarkən və televiziya izlərkən çox yemək yeməsi olduğunu söyləyən Smol, belə danışıb : "Bir araşdırmada , gənclərdəki kilo artımının texnologiya istifadəsiylə əlaqəli olduğu göstərilmişdi. Yəni nə qədər kompüter qarşısında oturulursa o qədər kilo alınır. Çünki gənclər çölə çıxmır . Çöldə yoldaşlarıyla idman etmək , qaçmaq yerinə içəridə oturur cips yeyir , video oyunları oynayır. Beynin bəzi yerləri yaxşı xəbərdar edilsəd də, məşq yoxdur , yaxşı qidalanma yoxdur. O səbəblə beyin pis təsirlənir. Halbuki fiziki məşq , yaxşı qidalanma , stressin yaxşı idarə olunması və zehni olaraq insanın özünü davamlı xəbərdar etməsi beyni inkişaf etdirir. "

Sizin Reklam Yeriniz