Movqe.Az xəbər verir ki, Facebook , 1969-cu ildən bəri bir-birlərini görməyən ana- qızı görüşdürüb. Həyatının böyük bir hissəsini uşaqkən anasının onu tərk etdiyinə inanaraq keçirən Angela Palmer həqiqəti ancaq 44 il sonra , anası ilə ilk dəfə danışanda öyrənib. Böyük həyəcan yaşayan Palmer , indi Xorvatiyada yaşayan anasını ABŞ-a gətirmək üçün hərəkətə keçib. "Hər şey Facebookda bir yoldaşlıq istəyi ilə başladı" deyən Palmer , " Şükranlıq günündən bir həftə əvvəl idi . İşdəydim. Xorvatiyada Helga Simeckie adlı bir qadından yoldaşlıq istəyi aldım. Lakin çox da diqqətimi çəkməmişdi doğrusu , hər zaman təsadüfi aldığım istəklərdən biri olduğunu düşündüm. Ona görə istəyi ciddi qəbul etmədim, ta ki Alman vətəndaşı olaraq harada doğulduğumu soruşan bir mesaj alana qədər ... " deyib. Almaniyada doğulub böyüdüyü üçün alman dilini axıcı bir şəkildə danışdığını söyləyən Palmer , bu sual qarşısında qadına kim olduğunu soruşaraq cavab yazdığını ifadə etdi. "Mənə , "mən sənin ananam" deyəndə şok oldum, çünki mənim anam mən uşaq olanda məni tərk etmişdi " deyən Palmer , anası ilə danışdıqca əslində heç bilmədiyi həqiqətlərlə üzləşməyə başladığını söyləyib. "Atam mənə , boşandıqdan sonra anamın himayəçiliyimi üzərinə götürdüyünü və sonra da mən hələ bir yaşında belə deyilkən məni bir yetimxanaya buraxdığını söyləyirdi "deyən Palmer , " Alkoqolik olan və psixoloji problemli olmasına baxmayaraq atamın məni yetimxanadan aldığı deyilirdi. Ailəmdən yeganə tanıdığım insan o idi". Anası ilə yenidən görüşəndən sonra hekayənin ona deyiləndən fərqli olduğunu öyrəndiyini söyləyən Palmer, "Anam doğum sertifikatı və keçmiş ailə fotoşəkillərini göstərdi. Onun məni tərk etmədiyini, əslində atamın məni qaçırdığını dedi. Atamın Almaniyada, insan qaçırmaq və ətraf mühitə zərər vermək təqsirindən polis tərəfindən axtarıldığını söylədi. Polisə tutulmamaq üçün davamlı olaraq yer dəyişdirdiyini izah etdi ".
Anası ilə görüşərək həqiqətləri öyrəndiyi üçün çox xoşbəxt olduğunu ifadə Palmer, "Ümid edirəm mənim hikayem, ailə üzvlərini itirən digər insanlara cəsarət verər. Mənim yaşadıqlarım hər kəsin başına gələ bilər"