Movqe.Az xəbər verir ki, İngiltərədəki College London Universitetindəki elm adamları tez-tez təkrarlanan gündəlik səslərin , pişiklərin ürək tutması keçirməsinə səbəb ola biləcəyini iddia edib. "Qəzet səhifələrini çevirərkən çıxan səs , cips qablarını açarkən çıxan xışıltı və ya davamlı təkrarlanan bir saat siqnalizasiyası, kimi səslər pişiklərdə ciddi xəstəliklərə səbəb ola bilər" deyən elm adamları mövzunu daha da dərindən araşdıracaqlarını söyləyib. Araşdırma qrupu bu cür səslərin pişiklərdə sıxılmalara ya da ağızdan köpük çıxarmağa səbəb olan epilepsiya yaradacağını deyib. Daha yüngül hadisələrdə isə pişiklərin bir səsə qarşı " donub qalma " və ya " birdən tullanıb dayanmağa başlama" kimi reaksiyalar verə biləcəyi deyilib. Elm insanları xəstəliyə "Tom və Jerry Sindromu" bənzətməsini edib. Beynəlxalq Pişiklərə Yardım Fondu ( ICC ) fərqli bölgələrdəki pişik sahiblərinin bənzər şikayətlərlə onlara tez-tez müraciət etdiklərindən sonra belə bir araşdırmaya yönəldiklərini açıqlayıb. İnsanlardakı epilepsiyaya bənzəyən xəstəlik üzərində çalışan elm adamları , pişiklər üzərində tətbiq olunacaq təcrübələrin epilepsiya müalicəsi üçün də əhəmiyyət kəsb etdiyini yazırlar.