Əlaqə Arxiv
news Image
2013.12.09
14:51
| A A A
Texnologiya nəhəngləri ABŞ qanunlarına əsaslı dəyişiklik tələb edir

Dünyanın texnologiya nəhəngləri sözlərini bir yerə qoyaraq "məlumatların gizli saxlanılmasıyla" bağlı internetə olan etimadın artırılması üçün ABŞ nəzarət qanunlarında əsaslı dəyişikliklər olunmasını tələb ediblər. Movqe.Az "The Guardian"a istinadən xəbər verir ki,  Milli Təhlükəsizlik Agenti Edvard Snovden tərəfindən ünvanlanan suallara cavab verilməsə də, Apple, Google, Microsoft, Facebook, Yahoo, LinkedIn, Twitter and AOL bu gün Barak Obama və Konqresə açıq məktub göndərəcək. "Bir çox ölkələrdə balans pozulub, konstitusiyada yazılandan fərqli olaraq insan hüquqlarına uyğun gəlmir və dövlətin lehinə çevrilib. Bütün bunlar bizim azadlığımıza xələl gətirir. İndi dəyişiklik vaxtıdır" sözləri yazılan məktub 8 ABŞ əsaslı internet nəhəngləri tərəfindən imzalanıb. Microsoftun baş məsləhətçisi Bred Smit :" İnsanlar texnologiyaya inanmadıqları üçün onu istifadə etməyəcəklər. Hökümət etmadını geri qazanmaq üçün bir sıra risklər almalıdır" deyib. 

Sizin Reklam Yeriniz