Əlaqə Arxiv
news Image
2013.12.09
16:13
| A A A
Blutuz texnologiyasında yeniləmə olacaq?

Movqe.Az xəbər verir ki, hamımızın mobil telefonunda olan və sanki " batareyanı süpürən " texnologiya , nəhayət ki, yenilənir. 2010-ci ildən bəri ilk dəfə yenilənəcək Blutuz , 4.1 versiyası sayəsində artıq əlaqə quran cihazların daha az enerji xərcləməsini təmin edəcək. Bunun üçün də əhatə sahəsindən çıxan cihazların kabelsiz yayımını dayandıran yeni bir üsul inkişaf etdirəcək. Keçmiş sistemdə , blutuz qulaqlıq ilə musiqi dinləyən bir istifadəçi otaqdan çıxıb telefondan uzaqlaşanda əlaqə tamamilə itirdi, lakin cihazların kabelsiz fəaliyyəti açıq qalır və enerjı itirməyə davam edirdi. Yeni sistemdə isə istifadəçi otaqdan çıxıb uzaqlaşanda əlaqə də dayanacaq və istifadəçi yenidən telefonuyla yaxınlaşanda bağlantı avtomatik olaraq qurulacaq. Bu üsulun , Bluetooth standartında əhəmiyyətli bir enerji qənaəti təmin edəcəyi deyilir.


Sizin Reklam Yeriniz