Əlaqə Arxiv
news Image
2013.12.10
13:49
| A A A
Qar topu oynadılar, məhkəməlik oldular

ABŞ-dakı Oregon Universiteti tələbələri qartopu oyunu əsnasında yoldan keçən bir avtomobilə atdıqları qartopu ucbatından məhkəməyə cəlb olunublar. Movqe.Az xəbər verir ki, tələbələrin video paylaşma saytlarına yüklədikləri görüntülərdə , bir-birinə qartopu atan gənclər , daha sonra  qarla örtülü prospektdə irəliləməyə çalışan bir avtomobilə yönəlir. Avtomobilin ön şüşəsinə ard-arda qartopu atan tələbələrdən biri , daha sonra böyük vedrənin içinə doldurduğu qarı ön şüşəyə tökür. Ətrafı görə bilməyən avtomobil sürücüsü , avtomobilindən enib tələbələrlə müzakirəyə başlayır.Elə bu vaxt, bəzi şagirdlər sürücüyə qartopu atır. Videonu dəlil olaraq qiymətləndirən polis səlahiyyətliləri , tələbələrin dincliyi pozmaq təqsirindən cəza ala biləcəyini deyib. Avtomobilin şoferinin isə , əvvəllər Oregon Universitetində çalışan bir professor olduğu iddia edilib.



Sizin Reklam Yeriniz