Əlaqə Arxiv
news Image
2013.12.10
15:06
| A A A
Azərbaycanlı maqnit adam yeni rekorda imza atdı

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gürcüstanda yaşayan həmvətənimiz Etibar Budaqlı göstərdiyi qeyri-adi nömrələrlə insanları təəccübləndirməkdə davam edir. Maqnit adam 140 kiloqramdan artıq yükü bədəninə yapışdıraraq "Ginnesin Rekordlar kitabı"na düşdükdən sonra "VAZ 2107" avtomobilini yerindən tərpətməyə müvəffəq olub.


41 yaşlı Etibar Budaqlı Gürcüstanda, Kosalar kəndində dünyaya göz açıb. Doğma kəndinə bağlı olduğunu deyən maqnit adam bütün çıxışlarında öz yurdunu təbliğ etdiyini deyir. Əvvəllər onun bədənində olan bu enerjiyə heç kəs inanmasa da, artıq bu şübhələr geridə qalıb. Dünyanın qeyri-adi rekordsmenləri sırasında lider olan Etibar Budaqlı bir sıra xəstəliklərdən əziyyət çəkən insanlara şəfa verməyi də bacarır.


2 övlad atası olan Etibar Budaqlı növbəti hədəflərini tam açıqlamasa da, yaxın gələcəkdə qeyri-adi rekordlarla yenidən özündən söz etdirməyi bacaracağına inanır.

Sizin Reklam Yeriniz