Əlaqə Arxiv
news Image
2012.05.29
16:29
| A A A
“Buranov nənələri”ni qarət etdilər

"Avroviziya-2012" musiqi yarışmasında ikinci yerə layiq görülmüş Rusiyanın nümayəndələri "Buranov nənələri" yarışmanın birinci yarım finalında qarət  olunublar. Bu haqda onlar from-new.az –a açıqlama veriblər. Onlar yarım finala çıxmaq istəyərkən sandalların az olduğunu görüblər. Sandalları hara qoyduqlarını xatırlayan ifaçılar, yenidən Baku Crystal Hall –a geri dönüblər.

Lakin lazım olan yerə gələn nənələr səhnə ayaqqablarını tapa bilməyiblər. Sonradan məlum olub ki, nənələr almaniyalı jurnalistlərə müsahibə verərkən ayaqqablarını geyim otağında unudublar. Bunu görən jurnalistlər isə səhvən ayaqqabları özlərinə götürüblər.

Nənələrin səhnə ayaqqablarını özləri ilə götürmədiyini görən, almaniyalı jurnalistlər, bunun onlara hədiyyə olduğunu düşünüblər.

Lakin hadisədən xəbərdar olan jurnalistlər nənələrə ayaqqablarını geri qaytarıblar.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz