Əlaqə Arxiv
news Image
2013.12.12
23:30
| A A A
Yahoo! istifadəçilərdən üzr istədi

Yahoo! şirkəti poçt xidmətinin işindəki uzun müddətli fasiləyə görə üzr istəyib. The Verge nəşri bildirib ki, bir sıra istifadəçilər bazar ertəsi axşam tərəfi öz hesablarına çıxış imkanını itiriblər və Yahoo Mail poçtunda yaşanmış nasazlıq iki gün sonra tamamilə aradan qaldırılıb.

Şirkətdən bildirilib ki, məlumatların emalı mərkəzlərindən birində yaşanmış problem nasazlığa səbəb olub. Yahoo! problemin səbəbini dəqiq açıqlamayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Yahoo-nun texniki dəstək xidmətinin səhifəsində yazılıb ki, zərərə məruz qalmış istifadəçilərin əksəriyyətində elektron poçt işləyib.

Bildirilib ki, 25 noyabrdan dekabr 9-dək göndərilmiş elektron məktublar Gələnlər qovluğunda olmaya da bilər. Yahoo şirkəti bu mesajların bərpası üzərində işləməyə davam edir.

Sizin Reklam Yeriniz