Əlaqə Arxiv
news Image
2013.12.13
12:48
| A A A
Xərçəng qlobal xəstəliyə çevrilir
ÜST 2025-ci ilə kimi xərçəng xəstələrinin sayının ildə 19 milyon olacağını təxmin edir.

Ümumdünya Səhiyyə Təşkilatının xəbərinə görə hər il 14 milyondan çox insan xərçəng xəstəliyinə məruz qalır. Movqe.Az BBC-yə istinadən xəbər verir ki,  2012-ci ildə bu rəqəm 2008-ci illə müqayisədə 12.7 nəfər artıb. Hazırda bu xəstəlikdən ölənlərin sayı da artıb. Hər 8.2 milyon xərçəng xəstəsindən 7.6 milyonu dünyasını dəyişir. Xərçəng xəstəliyinin bütün dünyada ən çox yayılan növü siqaretin səbəb olduğu ağciyər xərçəngidir. Hər il 1.8 milyon (13 faiz) insan bu xəstəlikdən vəfat edir. ÜST xəbər verir ki, sinə xərçəngində də kəskin artım olub. Xəstəlik hazırda 140 ölkədə əsas xərçəng növüdür. ÜST beynəlxaqlq tədqiqat agentliyində fəaliyyət göstərən Dr. Deyvid Forman : "Sinə xərçəngindən ölənlərin sayı getdikcə artır və bu xəstəlik əsasən az inkişaf etmiş ölkələrdə baş verir. Həyat şəraiti bu xəstəliyi artıran əsas amillərdən biridir və tibbi imkanlar yaxşı olmadığından qadınlar daha çox yaşaya bilmirlər. ÜST inkişafda olan ölkələrə sinə xərçənginin diaqnozu və müalicəsində "təcili yardım" edilməsinin vacibliyini bildirib. ÜST 2025-ci ilə kimi xərçəng xəstələrinin sayının ildə 19 milyon olacağını təxmin edir.  

Sizin Reklam Yeriniz