Çində küçə iti 1700 kilometr məsafə qaçıb - Video
Siçuan əyalətindən Tibetə qədər velosiped sürənlərin ardınca qaçan it finişə onlarla birlikdə çatıb
Movqe.Az BBC-yə istinadən Xiaosa ləqəbli itin velosipedçilərin ardınca 1700 kilometr məsafə qaçdığını bildirir.
Xiaosa ləqəbli it velosipedçilər ona yemək verdikdən sonra onlara qoşulub.
İt velosipedçilərlə birlikdə 20 gün qaçıb, gündə 60 kilometr məsafə qət edib və 12 dağ aşıb.
Velosipedçilərdən biri Xiao Yong itin macəraları haqda bloqunda yazıb. Xiaosa yarışın sonunadək 40 minə yaxın azarkeş toplayıb.
Yong indi Xiaosaya sahiblənmək haqqında düşünür.
Türkan Nadirqızı
Movqe.Az