Edilən bir araşdırmaya görə, dünyanın ən xoşbəxt ölkəsi olaraq müəyyən olunan Danimarkada, siyasət və bürüokratiyadakı qarışıqlıq və istefalar ölkənin rahatlığını pozur. Movqe.Az xəbər verir ki, bu il Kolumbia Universitetinin 156 ölkəni əhatə edən və müxtəlif meyarları nəzərə alaraq etdiyi araşdırmada, dünyanın ən xoşbəxt ölkəsi olaraq göstərilən Danimarkada, əsas müxalifət lideri Lars Lökke Rasmussenin Cənubi Koreya mərkəzli beynəlxalq təşkilat Global Green Growthun (GGGI) kassasından etdiyi lüks xərclərlə başlayan müzakirələr, siyasət və bürokratiyanın istifalarına qapını açıb. 3 nazirin istefa etməsi, Təhlükəsizlik və Daxili Kəşfiyyat Təşkilatı (PET) sədrinin yeni ildən sonra vəzifəsnii buraxacağını açıqlaması prosesin davam edəcəyini göstərir. "Subjective Well Being"in etdiyi araşdırmaya görə, dünyanın xoşbəxt digər öıklərinə aşağıdakı yerlər daxildir:
İsveçrə
Avstrya
İslandiya
Bahama adaları
Finlandiya
İsveç
Bhutan
Bruney
Kanada